Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq BOĞULUB

Hadisə 31 İyul 2026 12:30
Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq BOĞULUB
WhatsApp kanalımıza abunə olun

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh