Berlində avtomobili insanların üzərinə sürən şübhəli ilə bağlı maraqlı DETALLAR - FOTO - YENİLƏNİB

Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən Tirqarten parkı ərazisində avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinən şəxs xüsusi əməliyyat zamanı güllələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli polis "X" sosial şəbəkəsində məlumat yayıb.
"Şübhəli şəxs saat 18 radələrində (Bakı vaxtı ilə 20:00) Şpandau rayonundakı bağ massivində aşkarlanıb. İlkin məlumata görə, o, əlində soyuq silahla polis əməkdaşlarının üzərinə qaçıb. Bundan sonra Berlin xüsusi təyinatlıları odlu silah tətbiq edib. Kişi hadisə yerində ölüb", - deyə məlumatda qeyd olunub.
Polis bildirib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***19:36
Berlinin mərkəzində yerləşən Tirqarten parkı yaxınlığında avtomobili bir qrup insanın üzərinə sürməkdə şübhəli bilinən gəncin daha əvvəl terror aktı hazırlamaqda təqsirli bilindiyi və məcburi deradikallaşdırma proqramına cəlb olunduğu məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, şübhəli Əbdül Bəllut 2025-ci ildə Suriyaya getməyə cəhd edib. Lakin o, Livanda saxlanılıb və Almaniya vətəndaşı kimi yenidən Berlinə deportasiya edilib.
Bundan başqa, iddia olunur ki, 2026-cı ilin mayında Tirqarten Rayon Məhkəməsi onu dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ağır zorakı cinayətin hazırlanması maddəsi ilə 1 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Prokurorluq isə onun 2 il 10 ay həbs cəzası almasını tələb edərək hökmdən apellyasiya şikayəti verib. Apellyasiya baxışı davam etdiyi müddətdə polis Əbdül Bəllutu vaxtaşırı gizli nəzarətdə saxlayıb və telefon danışıqlarını dinləyib.
Öz növbəsində "Die Welt" qəzeti yazır ki, həbsdən azad olunduqdan sonra Əbdül Bəlluta deradikallaşdırma üzrə məsləhət proqramı çərçivəsində 26 görüşdə iştirak etmək tapşırılıb. Buna səbəb onun sosial şəbəkələrdə terror qruplaşmasını dəstəklədiyi ehtimal olunan paylaşımlar edib.
Söhbətin hansı terror qruplaşmasından getdiyi hələlik açıqlanmayıb. Əbdül Bəllut ilk iki görüşdə - iyunun 15-də və iyulun 9-da könüllü əsaslarla iştirak edib. Üçüncü görüş isə iyulun 27-nə təyin olunmuşdu. Həmin görüşdən sonra proqramın davam etdirilib-etdirilməməsi ilə bağlı qərar verilməsi planlaşdırılırdı.

Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












