Berlində kütlənin üzərinə avtomobil sürən şəxsin kimliyi məlum oldu

Berlində insanların üzərinə avtomobil sürən şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə DPA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, polis hücumda şübhəli bilinən şəxsi müəyyən edib. Bildirilir ki, həmin şəxs hüquq-mühafizə orqanlarına əvvəldən tanış olub və ehtimal olunur ki, Berlin şəhərində fəaliyyət göstərən islamçı çevrələrlə əlaqəsi var.
DPA-nın "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir:
"Polis hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs onlara əvvəldən məlum olub və ehtimal ki, Berlinin islamçı mühiti ilə əlaqəlidir".
***
Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən Tirqarten parkı ərazisində yüksək sürətlə hərəkət edən avtomobil bir qrup insanın üzərinə sürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisə şahidlərindən birinin sözlərinə görə, ağ rəngli furqon yüksək sürətlə parkın içərilərinə doğru hərəkət edib və insanlara çırpılıb.
Polis bir nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. Sürücü hadisə yerindən qaçıb.
Əraziyə çoxlu sayda təcili yardım briqadaları cəlb olunub.
Bildirilib ki, hadisə LGBT yürüşünün keçirildiyi vaxt baş verib. Hazırda polis hadisənin təsadüfi qəza, yoxsa qəsdən törədilmiş əməl olub-olmadığını araşdırır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












