Beyləqanda uşaq yüksək hərarətdən öldü - YENİLƏNİB

Avqustun 10-da saat 03:50-də 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib:
"Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra, ambulator müayinə üçün evə buraxılıb. Eyni gündə körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, ölümün səbəbi patoloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır".
***11:06
Beyləqanda azyaşlı yüksək hərarətdən ölüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndinə baş verib.
Valideyinləri temperaturu qalxan azyaşlı Səlimzadə Sultan Səlim oğlunu xəstəxanaya apararkən uşaq yolda ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












