Bibisinin evindən 50 qəpikləri oğurladı, ayağına qandal vuruldu

Bibisinin evindən oğruluq edən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, oğurluq hadisəsi Şəmkir rayonunun Seyfəli kəndində baş verib. Ramil Kənanlı (şərti) bibisi və onun həyat yoldaşının rayon bazarına meyvə satmağa getdiklərindən xəbər tutaraq onların Seyfəli kəndindəki evinə gəlib. O, hasarı aşaraq həyətə daxil olub. Daha sonra evin qapısını açar seçmə üsulu ilə açaraq içəri daxil olub. Ramil Kənanlı evdən 113 manat təşkil edən 50 qəpiklər və 11 887 manat oğurlayıb. Onun bibisi və həyat yoldaşı evə gəldikdən sonra oğurluq baş verdiyindən şübhələnib Daxili İşlər Nazirliyinin "102 xidməti”nə məlumat veriblər. Polis dərhal hərəkətə keçib və hadisəni törətməkdə şübhəli bilinən Ramil Kənanlı saxlanılıb. O, ilkin ifadəsində əməlini etiraf edib. Ramil Kənanlıya Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Ramil Kənanlı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanılıdğı 3 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












