Bir toyuğa görə qadına kəllə atdı, 1100 manat cərimə ödədi

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda toyuğun öldürülməsi səbəbindən qonşular arasında mübahisə yaranıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndi ərazisində baş verib.
Belə ki, Sədat (adlar şərtidir) izahatında bildirib ki, evdə olan zaman toyuğunun səsini eşidərək həyətə düşüb. Bu zaman qonşuluqda yaşayan Səroş toyuğu ağacla vurub onun həyətinə atıb.
Sədat bundan sonra qonşu həyətə keçərək Səroşa irad bildirib. Bu zaman aralarında mübahisə yaşanıb. Mübahisə zamanı Səroş yerdəki yaba ilə, qızı Aytən isə ağacla Sədatın başına zərbə endiriblər. Bu zaman Sədat Aytəni qolundan tutaraq itələyib, sonra isə başı ilə zərbə vurub.
Sədat izahatında bildirib ki, zərərçəkmişin ailəsi ilə barışmağa cəhd göstərib, lakin onlar barışmağa razı olmayıblar.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 100 manat məbləğində cərimə edilib.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










