BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə saxlanılıb. Avtosfer.az-ın "Qaynarinfo"yə istinadən məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Rəvan Həsənzadə içkili vəziyətdə Səbail rayonunda avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. O, səs-küy salaraq narahatçılıq yaradıb, DYP əməkdaşları ilə mübahisə edib. 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb və barəsində məlum protokol tərtib olunub. Məhkəmə iclasında Rəvan Həsənzadə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib və bağışlanması barədə qərar qəbul edilməsini xahiş edib. Məhkəmə onun səhvini və beynəlxalq təşkilatındakı fəaliyyətini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəyə xitam verib. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib və 50 manat məbləğində cərimə edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












