"BMW"dən oğurluq etdi, 9 ay "iş" aldı

Bakıda "BMW 750” markalı avtomobildən oğurluq edilib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, avtomobildən 1700 manat oğurlanıb. Hadisəni törədən şəxs avtomobilin yan şüşəsini daşla sındıraraq pulları götürüb. Ümumilikdə maşın sahibinə 2380 manat ziyan dəyib. Avtomobilin sahibi hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, maddi ehtiyacları üzündən borca düşdüyünü və hadisəni də bu səbəbdən törətdiyini bildirib. Zərəçəkmiş şəxs isə ona dəymiş ziyanın ödənilmədiyinə baxmayaraq şikayətçi olmadığını deyib. Məhkəmənin hökmü ilə müttəhim 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












