Bu ölkənin prezident sarayına HÜCUM - ÖLƏNLƏR VAR

Yəmənin cənubundakı Ədən şəhərində yerləşən Maaşiq prezident sarayı husilərin raket hücumuna məruz qalıb. Hadisə nəticəsində beş nəfər ölüb, çox sayda insan yaralanıb.
Avtosfer.az xəbər verir ki, hücum oktyabrın 15-də həyata keçirilib. Yəmən hökumətinin məlumatına görə, saray kompleksinə ümumilikdə beş ballistik raket atılıb.
Yəmənin informasiya naziri Müəmmər əl-İryani bildirib ki, hücum zamanı baş nazir və Nazirlər Kabinetinin üzvləri kompleksdə olublar. Onların heç biri xəsarət almayıb.
Maaşiq saray kompleksi Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin iqamətgahı kimi fəaliyyət göstərir.
Husilərə bağlı SABA xəbər agentliyinin hərbi mənbəyə istinadən yaydığı məlumata görə, hücum Səudiyyə Ərəbistanı zabitlərinin rəhbərlik etdiyi komandanlıq qərargahını və kompleksdə yerləşən silah anbarlarını hədəf alıb./ajans.az
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












