Casusluq edən jurnalist həbs edildi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casusluq ittihamı ilə daha bir nəfər — jurnalist İrakli Çixladze həbs olunub. Qurum bu məlumatı rəsmən təsdiqləyib. Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, Gürcüstanın Birinci Kanalının verdiyi məlumata görə, İrakli Çixladze "Qafqaz İnsan Haqları İnstitutu"nun təsisçisi və rəhbəridir. Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqində bildirilib ki, saxlanılan şəxs öz ölkəsinin mənafelərinə zidd olaraq, jurnalist, ekspert və digər peşəkar dairələrdəki şəxsi əlaqələrindən istifadə edib. O, xarici xüsusi xidmət orqanlarının maraqlarına uyğun olaraq, sistematik şəkildə kəşfiyyat xarakterli məlumatların toplanması və onlara ötürülməsi ilə məşğul olub. Qurumun məlumatına görə, saxlanılan şəxsin ötürdüyü məlumatlara Gürcüstanda və qonşu ölkələrdə baş verən proseslər barədə datalar daxil olub. Bundan əlavə, DTX qeyd edib ki, o, onlayn platforma pərdəsi altında kəşfiyyat şəbəkəsini idarə edib, həmçinin xüsusi xidmət orqanlarından daxil olan vəsaitləri şəbəkə üzvləri arasında bölüşdürüb. Xatırladaq ki, daha əvvəl DTX casusluq ittihamı ilə "Avrasiya İnstitutu"nun təsisçisi Qulbaat Rtsxiladzeni də həbs etmişdi.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












