Cəlilabadda 35 yaşlı kişi öldürüldü - Həyat yoldaşı saxlanıldı - YENİLƏNİB

Cəlilabad rayonunda baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Vüsal Cəfərov bıçaqlanma xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq o, dünyasını dəyişib.
V.Cəfərovun əvvəlcə yıxılaraq xəsarət aldığı deyilsə də, aparılan araşdırmalar nəticəsində hadisənin qəsdən törədildiyi müəyyənləşib.
Günorta saatlarında V.Cəfərovun həyat yoldaşı ilə arasında yaranan mübahisə əsnasında qadının ona bıçaqla xəsarət yetirdiyi ehtimal edilir. Kəsirə Cəfərova polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
V.Cəfərovun daş karxanasında çalışdığı bildirilir və bu gün evə gəlibmiş.(oxu.az)
***17:04
Bu gün Cəlilabad rayonunda qətl törədilib.
Avtosfer.az xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da vəfat edib.
Onun yaxınları 35 yaşlı şəxsin özünün özünə xəsarət yetirdiyini bildiriblər.
Lakin polisin keçirdiyi tədbirlərlə V.Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












