Cəlilabadda biryaşlı uşağı elektrik cərəyanı vuraraq öldürdü - YENİLƏNİB

Cəlilabad rayonunun Xəlilabad kəndində baş verən faciəli hadisə ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.
Məlumata görə, kənd sakini, 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, hadisə azyaşlının atası evdə təmir işi apardığı vaxt baş verib. Bu zaman elektrik açarı yerdə olub və uşaq burğacı ("otvertka" - red.) açarın içinə salıb. Nəticədə körpə elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.
Qeyd edək ki, ailənin Mirandan başqa daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.
***12:18
Cəlilabadda 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, oktyabrın 26-sı saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı Xəlilabad kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












