Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB

Cəlilabad rayonunda əmisi tərəfindən balta xəsarətləri alan şəxs ölüb.
Avtosfer.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyeva həkimlərin səylərinə baxmayaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***20:54
Cəlilabadda baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır.
Avtosfer.az xəbər verir ki, bu barədə report-a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (1-i qadın, 1-kişi) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***18:42
Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevadır.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***18:01
Cəlilabad rayonunda 12 və 14 yaşlı yeniyetmələr baltadan xəsarət alıblar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Xəsarət alan yeniyetmələr Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












