Cəlilabadda marketdən 392 min manatlıq oğurluq

Cəlilabadda iş adamı Nicat Əlizadəyə məxsus "Gənclik” marketdən oğurluq edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, oğurluq nəticəsində iş adamına 392 788,53 manat ziyan dəyib. Hadisə barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis əməkdaşları dərhal hərəkət keçib və marketin Vüsal adlı sürücüsü oğurluq malları satarkən yaxalanıb. O, ilkin ifadəsində marketdən 300-400 min manat civarında mal oğurlandığını etiraf edib. Bundan sonra marketin Orxan adlı anbardarı və başqa bir şirkətin əməkdaşı olan Ruslan adlı şəxs saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə zamanı Orxan və Vüsal özünü qismən təqsirli bilib. Ruslan isə özünü təqsirli bilməyib. Lakin məhkəmə onların ifadələrindəki ziddiyyətləri tədqiq edərək bu qənaətə gəlib ki, təqsirləndirilən şəxslər məsuliyyətdən yayınmaq üçün ibtidai istintaqda verdikləri ifadələrə ziddi ifadə veriblər. Məhkəmənin hökmü ilə Orxan və Ruslan 2 il 4 ay, Vüsal isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












