"Cəriməyə pulum yoxdur, həbs edin" - Məhkəmədə gözlənilməz tələb

Cəlilabadda küçədə söyüş söyüb qonşusunu vuran kişi həbs olunub. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Ə. Abdullayev küçəsində qeydə alınıb. 29 yaşlı Əmrah Hacıyev (ad və soyad şərtidir) küçədə qonşusunu söyüb. Zərərçəkənin sözlərinə görə, o, buna görə Əmrahgilə gəlib və atası ilə qarşılaşıb:
“Atası bizi yaxşı qarşıladı. Oğlunun hərəkətinə görə qəzəbləndi və Əmrah gələndə onu tənbeh etdi. Bu an Əmrah üstümə hücum çəkdi, amma qonşular onu saxladı. Lakin evdən çıxıb yol gedəndə o, arxadan hücum edib sifətimə yumruqla vurdu. Üzr istəsə şikayət etməzdim”.
Zərərçəkənin şikayəti əsasında Əmrah Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub. Təqsirləndirilən şəxs məhkəmədə günahını etiraf edərək peşman olduğunu deyib. Həmçinin o, pulu olmadığı üçün cərimə yox, aşağı həddə həbs cəzası verilməsini xahiş edib. Cəlilabad rayon Məhkəməsində hakim Osman Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində 5 gün müddətinə inzibati həbs cəzası verilib. (lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












