Çində inanılmaz hadisə: Ölən qohumunun yanına "Mercedes" basdırdı

Çinin şimal-şərqində bir kişi vəfat etmiş qohumunun yanında "Mercedes-Benz S-Class" markalı avtomobilini basdırıb. Lakin bir sıra qanunları pozduğuna görə o, nəqliyyat vasitəsini sonradan qazdırıb çıxarmağa məcbur edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Çin Milli Radiosu məlumat yayıb.
Ehtimal olunur ki, avtomobili basdıran şəxs mövhumatçı olub. Avtomobilin dövlət nömrə nişanında dörd ədəd səkkiz rəqəmi yer alıb. Çin mədəniyyətində səkkiz rəqəmi uğurlu hesab olunur. Bu səbəbdən səkkiz rəqəmi olan nömrələr adi nömrələrlə müqayisədə daha baha satılır və qiyməti bir neçə yüz min yuana qədər yüksələ bilir.
Məlumata görə, basdırılan avtomobilin dəyəri Çində təxminən 130 min yuan (19 min dollar) təşkil edir.
Qeyd olunur ki, kişi yol hərəkəti təhlükəsizliyi qaydalarını, meşələrlə bağlı qanunvericiliyi və dəfn mərasimlərinin təşkili ilə əlaqədar normaları pozub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












