Çobanlar yarım milyonluq cinayətə görə - Həbs edildilər

Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunda baş verib.
Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iri buynuzlu heyvanları “aradan çıxarıblar”.
Çox sayda heyvanı oğurlanan Adil Qənbər oğlu Baxışov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun bir neçə ferması, yüzlərlə mal-qarası var.
Sahibkar cinayətdən xəbər tutan kimi Kəmaləddin və Ceyhunun əməli barədə prokurorluğa şikayət edib.
İstintaqla təsdiq edilib ki, çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı-Simental cinsli Avstriya mənşəli erkək danaları, cins inəkləri, eləcə də çoxsaylı qoyun-quzu və keçi-çəpişi müxtəlif üsullarla ucuz qiymətə satıb, cinayətdən xəbərsiz olan satıcılardan aldıqları 586 min manat pulu mənimsəyiblər.
Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












