“Corolla" mopedi vurdu: Sürücü köməyə gələnləri təhqir edib qovdu - FOTO

“Facebook” sosial şəbəkəsinin xanım istifadəçilərindən biri şahidi olduğu qəza ilə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, xanım istifadəçi Bakının Yasamal rayonunda baş verən qəza hadisəsi ilə əlaqədar məlumar verib. O qeyd edib ki, rayonun Mirzəağa Əliyev küçəsi ilə Murtuza Muxtarov küçələrinin kəsişməsində avtomobillə mopedi vurub.

Belə ki, 90-PH-103 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü küçədə tıxac olan vaxt, axşam saat 18:00-19:00 radələrində manevr qaydalarını vaxtaşırı pozaraq və birinci zolaqda öz yolu ilə hərəkət edən mopedin qarşısına qəfl dönərək onu vurub. Hətta moped sürücüsünə kömək etmək üçün yaxınlaşan vətəndaşları təhqir edərək ərazidən uzaqlaşdırmağa, hadisəni böyütməməyə çalışıb. O nə əraziyə təcili tibbi yardım, nə də yol polisi əməkdaşı çağırıb. Üstəlik qəzada moped sürücüsünü də günahlandırmağa cəhd edib.

Paylaşımı edən xanım aidiyyəti qurumların məsələni dərhal araşdırmağı, qanunları kobud şəkildə pozaraq vətəndaşları təhqir edən sürücünün cəzalandırılmasını, həmçinin moped sürücüsünə kömək etməyi xahiş edib.
Səfər
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














