Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi - VİDEO

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir.
Avtosfer.az “Musavat.com”a istinadən xəbər verir ki, “Babylon” adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.
Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında “Atlas Bey” yük gəmisi də dron hücumuna məruz qalmışdı.
Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub. Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər.
Hazırda “Babylon” gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












