Daşla öldürülən qadının bacısı: "Zəng edərək dedi ki, məni xilas et"

Bakıda sevgilisini daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elnarə İbrahimovanın bacısı G.İbrahimova şahid kimi dindirilib.
O bildirib ki, bacısı ilə İ.Rəcəbzadə arasında münasibət olduğundan xəbərsiz olub. O, təqsirləndirilən şəxsi bacısının işlədiyi restoranın müştərisi kimi tanıyıb:
"Bacım mənə demişdi ki, İgid bizim yerlidir. Onun Bakıya gəlməyindən altı-yeddi ay keçirdi. Biz ayrı-ayrı ünvanlarda yaşayırdıq, bacım isə başqa bir şəxslə birlikdə qalırdı. İş yerlərimiz də fərqli idi. Sonradan o da işlədiyim restoranda işə başladı. Hadisə isə bir yerdə işləməyə başladığımızdan cəmi iki gün sonra baş verdi.
Hadisə günü bacım İgidlə birlikdə köynək almağa getmişdi. Mən ona irad bildirdim ki, tanımadığın bir şəxslə iş vaxtı hara gedirsən? Daha sonra bacım mənə zəng edərək dedi ki, "bu insan məni öldürür, məni xilas et". Mən dərhal "102" xidmətinə zəng edib hadisə barədə məlumat verdim".
14 oktyabrda keçirilməsi nəzərdə tutulan növbəti iclas şahid ifadələri ilə davam edəcək.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.(oxu.az)
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












