Dato Ağcabədinskini "tac"landıran "qanuni oğru" həbsdə öldü - FOTO

Kriminal aləmdə “Dato Kutaiski” kimi tanınan, 62 yaşlı keçmiş “qanuni oğru” David Çixvariya bir neçə gün əvvəl Beyrut həbsxanasında vəfat edib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, məlumatlara görə, Dato 1994-cü ildə Moskvanın Qaqarin rayon məhkəməsinin silah saxlama və xuliqanlıq ittihamları ilə çıxardığı hökmə əsasən altı illik həbs cəzasını çəkdikdən sonra “taclandırılıb”. Onun “xaç ataları” kimi Emil Xobski, Şalva Xonski, Gia “Taxi” və Ramaz Dzneladze göstərilir. Dato Ramazla birlikdə Tsulukidze islah əmək müəssisəsində cəza çəkib.
Sonradan Datonun “qanuni oğru” karyerasına onun həmşəhərlisi, Kutaisidən olan Nikolay Tutberidze (“Matsi”) son qoyub. Mənbənin sözlərinə görə, Matsi bəzi düşərgə məsələləri ilə bağlı konkret suallar verdikdə Dato aydın cavab vermək əvəzinə yalan danışmağa və bəhanələr gətirməyə başlayıb. Bu isə onu çıxılmaz vəziyyətə salıb və nəticədə o, “qanuni oğru” statusunu itirib.
“Qanuni oğru” statusunu itirdikdən sonra da Çixvariya cinayət həyatından uzaqlaşmayıb. 2000-ci illərin əvvəllərində o, Moskvada mənzil oğurluqlarına görə iki dəfə məhkum edilib. İki il əvvəl isə məlum olub ki, keçmiş kriminal avtoritet Livan həbsxanalarından birində oğurluq ittihamı ilə cəza çəkir.
Bu ilin əvvəlindən etibarən Dato Çixvariya Kutaisi “oğru məktəbi”nin vəfat edən artıq üçüncü nümayəndəsidir. Xatırladaq ki, yanvarda Apşeronsk şəhərində Tamaz Kipiani, fevralda isə Kutaisidə Julen Motsereliya dünyasını dəyişmişdi.
Qeyd edək ki, Dato Kutaiski Dato Ağcabədinski kimi tanınan "qanuni oğru" Cavid Məmmədovu "tac"landıranlardan biri olub. Belə ki, 2013-cü iyunun 27-də Yunanıstanda keçirilən "sxodka"da Dato Kutaiski, Zaza və Şikora Cavidə "qanuni oğru" adı verib.


Dato Ağcabədinski
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












