Dayanacaqlarda saxlamayan 525 nömrəli avtobusun sürücüsü İŞDƏN ÇIXARILDI - VİDEO

Metronun "Memar Əcəmi" stansiyasından Masazır qəsəbəsində hərəkət edən 525 nömrəli marşrut avtobusunun bəzi dayanacaqlarda saxlamaması ilə bağlı iddia səsləndirilib.
Sərnişinlərdən biri dayanacağın önündə bunu videogörüntü ilə əyani formada göstərib. Paylaşımın şərh bölməsində 525 nömrəli marşrut avtobusunun sürücüsü olduğunu iddia edən Elvin Ələkbərov adlı şəxs avtobusda yer olmayanda saxlamadıqlarını dilə gətirib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 525 nömrəli marşrutun daşıyıcısına xəttin nizamlı fəaliyyətinin təmin olunması, sərnişindaşıma qayda və normalarına riayət edilməsi ilə bağlı tapşırıqlar verilib.
Məlumatda vurğulanıb ki, marşrut avtobusları hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində mütləq qaydada saxlamalıdırlar:
"Sərnişinlərin minib-düşməsi də yalnız dayanacaq məntəqələrində həyata keçirilməlidir.
Qeyd edək ki, sözügedən video araşdırılıb. Təyin olunan dayanacaqda saxlamayan avtobusun sürücüsü barədə ölçü götürülərək işinə xitam verilib".
Açıqlamada əlavə olunub ki, əsassız şərh yazan istifadəçi barədə də araşdırma aparılıb:
"Məlum olub ki, özünü 525 nömrəli avtobusun sürücüsü kimi təqdim edən Elvin Ələkbərov vaxtilə bu xətdə sürücü kimi çalışıb. İntizamsızlıq səbəbindən işindən azad edilib.
Eyni zamanda, 525 nömrəli marşrutun daşıyıcısına sürücülərin təlimatlandırılması və nəzarətin gücləndirilməsi barədə xəbərdarlıq olunub".
Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu











