DİN sosial şəbəkələrdə gündəm olan Qərənfilin iddialarını cavablandırdı

Son günlər sosial şəbəkələrdə İsmayıllı rayonunun Qalınçaq kənd sakini Qərənfil adlı qadının videoları tirajlanmaqdadır. Avtosfer.az "Ölkə.az"a istinadla xəbər verir ki, orta yaşlı qadın çəkdiyi videolarda həmkəndlisi olan bir neçə nəfərin adını çəkərək onlar barəsində müxtəlif iddialar səsləndirib. O, kənd sakinlərindən bir neçə nəfərə borc verdiyini və pulunu geri ala bilmədiyini deyib. Qadın adını çəkdiyi şəxslərin narkotik istifadəçisi olduğunu, evindən ona məxsus əşyaları və ev heyvanlarını oğurladıqlarını, hətta onu evini yandırmaqla hədələdiklərini iddia edib.
Bu yaxınlarda sözügedən kənd sakini Seymur Kərimov da iddialara cavab verərək barəsində deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. Sosial şəbəkə istifadəçilərinin bir qismi Qərənfil adlı qadının əqli məhdudiyyətli olduğunu iddia ediblər. Videoları yüzminlər tərəfindən izlənən qadının çıxışları sosial şəbəkələrdə zarafat mövzusuna çevrilsə də, həyatının təhlükədə olması ehtimalı bəzi insanları narahat etməyə başlayıb.
DİN-in Şəki Regional qrupundan bildirilib ki, Qalınçaq kənd sakininin iddiaları bir müddət əvvəl araşdırılıb və təsdiqini tapmayıb. Onun səsləndirdiyi fikirlərin əssassız olduğu qeyd edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












