Dörd aviaşirkət əl baqajı ilə ödəniş tələbinə görə məhkəməyə verilib

Almaniyada istehlakçıların hüquqlarının müdafiəsi təşkilatı olan İstehlakçı Mərkəzləri Federal İttifaqı (VZBV) “Ryanair”, “EasyJet”, “Wizzair” və “Vueling” aviaşirkətlərini əl baqajı ilə bağlı tətbiq etdikləri tariflərə görə məhkəməyə verib. Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, VZBV-nin sədri Ramona Pop “Neue Osnabrücker Zeitung” qəzetinə açıqlamasında “Ryanair”, “EasyJet”, “Wizzair” və “Vueling” hava yolları şirkətlərinin əl baqajlarını əhatə etməyən ucuz bilet təklifləri ilə müştərilərin diqqətini cəlb etməyə çalışdıqlarını bildirib. Bunun yanlış və müvafiq qanunlara zidd olduğunu deyən R.Pop aviaşirkətlərin müvafiq ölçüdəki əl yüklərini tamamilə ödənişsiz aparmalı olduqlarını bildirib. O, ilk mərhələdə həmin şirkətlərə rəsmi qaydada məktubla müraciət edildiyini, sonra isə onların məhkəməyə verildiyini deyib. VZBV, həmçinin Avropa İttifaqına ödənişsiz əl yükü məsələsində konkret qaydaların və standartların tətbiq olunması barədə çağırış edib. Təşkilat bu barədə Avropa Ədalət Məhkəməsinin 2014-cü ildə qəbul etdiyi bir qərara istinad edir. Həmin qərara əsasən, əl yükü sərnişindaşımanın mühüm hissəsini təşkil edir və aviaşirkətlər bunu əlavə ödənişli xidmət kimi təqdim edə bilməz.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












