Dostlarının ölümünə səbəb olan sürücünün cəzası ağırlaşdırıldı

Şəki Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Rəhimlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmiş şəxslərin hüquqi varislərinin apellyasiya şikayətləri qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Orxan Rəhimlinin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın müddəti artırılaraq, ona 7 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin olunub.
Milli Məclisinin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının 3.2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cəzası 6 ay azaldılıb və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Məhkəmənin hökmü mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilib. Mülki iddiaçı və zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası qismən təmin olunub. Dəymiş mənəvi zərərə görə 5000 manat Orxan Rəhimlidən tutularaq mülki iddiaçı və zərərçəkmişin hüquqi varisinə ödənilməsi qərara alınıb.
İttihama görə, hadisə 22 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun ərazisindən keçən 39-cu kilometrliyində qeydə alınıb.
Belə ki, Orxan Rəhimlinin idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməni itirməsi nəticəsində qəza baş verib. Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüblər. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.
Hadisədən sonra Orxan Rəhimli saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilmiş və məhkəmə iclas zalında həbsə alınmışdı.
Qeyd edək ki, qəzada ölən şəxslər Orxan Rəhimlinin dostları olublar.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












