“Dostum ad günümə kokain hədiyyə etmişdi”

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Yunis Məmmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Yunis bir müddət axtarışda olub və polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı gizləndiyi yerdə saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif növ narkotik vasitələrlə yanaşı, kokain də aşkarlanıb. 32 yaşlı müttəhim məhkəmədə 1 qrama yaxın çəkisi olan kokaini ona dostunun verdiyini deyib. Hakim Hafiz Kamranov isə həmin narkotikin qara bazarda kifayət qədər baha olduğunu, kiminsə marağı olmadan onu boş yerə verməsini inandırıcı hesab etməyib. “Boş yerə deyildi. Dostum ad günümə hədiyyə etmişdi. Heç 1 qram olmazdı. Amma qara bazarda baha satıldığını bilirəm”, – deyə Yunis hakimi maraqlandıran məsələni cavablandırıb.
Proses zamanı şahid qismində dindirilən polis əməkdaşları da təqsirləndirilən şəxsin üzərində kokain olduğunu təsdiq ediblər. İclas gələn həftə qalan şahidlərin dindirilməsi ilə davam edəcək.
Qeyd edək ki, verilmiş ittiham sübuta yetirilsə, təqsirləndirilən şəxsi 12 ilə kimi həbs gözləyir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












