Dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə getdi, orada yandırdı

Gəncə sakini dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə apararaq orada yandırıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirləndirilən şəxs Elmin Məmmədov (soyad şərtidir) Vətən müharibəsi iştirakçısı olub. O, Gəncə şəhərində yaşamaqla, orada avtomobil təmiri sexində usta köməkçisi işləyib.
Elminin dostu İntiqam özünə məxsus VAZ-2107 markalı avtomobillə onun yanına gəlib və 60 manata avtomobil səsgücləndiricisi satdığını deyib. Elmin isə həmin avadanlığı ondan 30 manata istəyib. İntiqam bu məbləğlə razılaşmayıb və avadanlığı digər ustaya 60 manata satıb.
Elə hər şey də bundan sonra başlayıb.
Səhəri gün Elmin İntiqamdan avtomobilini istəyib ki, Yevlax şəhərinə gedib gəlsin. İntiqam da etiraz etməyib.
Avtomobili dostundan götürən Elmin özünü və avtomobili xüsusi portaldan qeydiyyatdan keçirərək azad olunmuş əraziyə gedib. Ağdam şəhərində avtomobil xarab olub. Bundan əsəbiləşən Elmin avtomobildə olan maqnitafon, səsgücləndirici və digər avadanlıqları söküb, yük yerində olan benzini götürərək maşının salonuna töküb od vurub.
Hadisə yerinə polis əməkdaşları gələrək Elmini saxlayıblar. Üzərinə baxış zamanı ondan bıçaq və narkotik vasitə olan metanfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə E.Məmmədov 3 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bir il sınaq müddəti təyin edib.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












