Elbrusda son beş gündə 7 nəfər öldü - YENİLƏNİB

"Düzgün planlamanın olmaması və əlverişsiz hava şəraiti ilə bağlı proqnoza lazımi reaksiyanın verilməməsi Elbrusda alpinistlərin faciəli ölümünə səbəb olub".
Avtosfer.az xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Rusiya Alpinizm Federasiyasının klassik alpinizm komissiyasının rəhbəri Aleksandr Yakovenko deyib.
"Bu faciədir. Aydındır ki, hava şəraitini və öz imkanlarını düzgün qiymətləndirməyiblər. Əcnəbi alpinistlər bu vəziyyətin öhdəsindən gələcəklərini düşündülər, öz imkanlarına uyğun seçim etmədilər.
Vəziyyəti adekvat təhlil edən Rusiya qrupları geri qayıtdılar. Lakin digərləri, həmçinin kifayət qədər təcrübəsi olan əcnəbi alpinistlər çətinliyi dəf edəcəklərini zənn edərək riskə gediblər".
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, xilasetmə qrupları Elbrusda həlak olan digər bosniyalı alpinistlərin də nəşlərini aşkar ediblər və hazırda onların dağdan endirilməsi üçün müvafiq işlər aparılır.
***23:00, 26 iyul
Elbrus dağında son beş gün ərzində baş verən qəzada yeddinci nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, 5300 metr yüksəklikdə olan iki alpinistdən ibarət qrup kömək istəyib. İkinci şəxs yaralanıb və hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən təxliyə olunur.
Dünən Bosniyadan olan beş alpinist dırmanış zamanı həlak olub; qrupdan yalnız ikisi sağ qalıb. Faciədən bir neçə saat əvvəl, pis hava şəraiti səbəbindən kömək istəyən turistlərin başqa bir qrupunu endirmək üçün dağa üç yürüşçü göndərilib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












