Əri yıxılaraq ölən qadın onu maşın vurduğunu iddia edir - FOTO

Yüksəkdən yıxılaraq öldüyü deyilən 52 yaşlı Mingəçevir sakininin xanımı ərinin ölümü ilə bağlı iddiaları qəbul etmir.
Bu barədə danışan Kəmalə Baxışova "Yoldaşım heç bir yüksəklikdən yıxılmayıb, onu yük maşını vurub" deyib.
Onun sözlərinə görə hadisə dekabr ayının 30-da Mingəçevir Mərkəzi Bazarına yaxın ərazidə baş verib. "Qazel" markalı yük maşını 52 yaşlı piyada İlqar Baxışovu vuraraq çoxsaylı xəsarətlər yetirib. Daha sonra sürücü yaralı piyadanı xəstəxanaya deyil, öz evinə aparıb və bir gün orada saxlayıb. Dekabrın 31-i axşamı isə onu gətirib yaşadığı evin yanına qoyub.
Kəmalə Baxışova ərini gördüyü zaman çox qan itirdiyinin və ağrılardan əzab çəkdiyini deyib. İlqar Baxışov başına gələn hadisəni ailəsinə danışıb. Ağrılarına və xanımının təkidinə rəğmən, İlqar Baxışovu yalnız yanvarın 1-də xəstəxanaya aparmaq mümkün olub. İlkin tibbi müayinə sonrası o dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, İlqarın həyatını xilas etmək mümkün olmayıb.
Kəmalə Baxışova ərinin hündürlükdən yıxıldığı barədə dolaşan ilkin məlumatlara da aydınlıq gətirib:
"Hadisədən yalnız bir gün sonra ağır durumda evə gələrkən onu yük maşınının vurduğunu və həmin maşınla barı arasında sıxılıb qaldığını söyləmişdi. Xəstəxanada hələ ayaqüstəykən isə hüquq-mühafizə orqanlarına doğru deyil, yanılış məlumatı verdi ki, hündürlükdən yıxılmışam. Bunun səbəbini soruşsam da, mənə də izah etmədi. Sonradan mən rəsmi izahatımda ərimi maşın vurduğunu dedim".
Qeyd edək ki, mərhum İlqar Baxışov Şuşada usta kimi çalışır, bayramla əlaqədar evinə gəlibmiş.
Faktla bağlı araşdırma davam edir.
(unikal)
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












