Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTOLAR

Bir neçə gün öncə əri tərəfindən baltalanaraq öldürülən 60 yaşlı Nərminə Bədəlova vəzifəli şəxs imiş.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, N.Bədəlova əvvəllər Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və “Qarabağa dönüş” İctimai birliklərinin baş mühasibi olaraq işləyib.
O, həyat yoldaşı Yaşar Bədəlovdan boşansa da, bir evdə yaşayırmışlar.
Xatırladaq ki, noyabrın 10-u paytaxtın Binəqədi qəsəbəsində 1956-cı il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirdikdən sonra öz həyatına da son qoyub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, N.Bədəlovanın işlədiyi yerlərlə bağlı ilk məlumatı “Yeni sabah” yayıb.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












