Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi - Bakıda

“TikTok”da baxıcılıq və falçılıqla bağlı paylaşımlar edən qadına cadunun pozulması üçün üz tutan həmcinsi dələduzluğun qurbanı olub.
Avtosfer.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Validə Sultansoy (ad-soyad şərtidir) cadunun pozulması üçün ona müraciət edən qadından 14.080 manat pul alıb.
Məlum olub ki, zərərçəkmiş şəxs özünü falçı kimi təqdim edən qadına mesaj yazaraq, ailəsində bir çox problemlər olduğunu, ərinin onu və körpə uşaqlarını qoyub başqa bir qadınla ikinci dəfə ailə həyatı qurduğunu, uşağının birinin isə sağalmaz xəstə olduğunu bildirib.
Zərərçəkmiş şəxs özünün və uşağının üzərində ağırlıq olduğunu, bunun cadu edilməsi ilə əlaqədar ola bilməsini bildirib və Validədən kömək istəyib.
Aralarında olan mesajlaşma zamanı zərərçəkmiş ərinin ailə qurduğu ikinci qadından ayrılmasını, həmin qadının ölməsi üçün cadu edilməsini istəyib. Təqsirləndirilən şəxs isə qarşı tərəfə ərinin ailə qurduğu ikinci arvadının öləcəyinə zəmanət vermədiyini bildirib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Ona müraciət edən qadının 14.080 manat pulunu alan "falçı" qarşı tərəfin nömrəsini qara siyahıya daxil edib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Validə Sultansoy dəymiş zərəri geri ödəyib. Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən şəxsə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktı elan edilib və o, cinayət məsuliyyətindən azad olunub. /xitab24.az/
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












