Ermənistanda 44 günlük müharibədə iştirak edən zabit həbs olunub - YENİLƏNİB

Bu gün saxlanılan polkovnik Edik Maloyana dövlət sirrini yaymaq ittihamı irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Aparılan araşdırmalara görə, hərbi hissə komandiri E.Maloyan məxfi məlumatlara çıxış hüququ olmamasına rəğmən, belə bir səlahiyyətə sahib olan digər zabit R.C.-ni gizli bilgiləri ona ötürməyə razı salıb. İstintaq materiallarında qeyd olunur ki, E.Maloyan daha sonra əldə etdiyi bu gizli məlumatları ictimailəşdirib.
İndi hər iki şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq Komitəsi adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə rəsmi vəsatət təqdim edib.
14:39***
Ermənistanda 2020-ci ildə 44 günlük müharibədə iştirak etmiş keçmiş alay komandirinin müavini, polkovnik Edik Maloyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "New Day" nəşri məlumat yayıb
Məlumata görə, polkovnikin Ermənistanın Araqatsotn vilayətinin Talin şəhərindəki mənzilində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib və bundan sonra zabit saxlanılıb.
Ermənistanın İstintaq Komitəsi həbs faktını "Sputnik Armenia"ya təsdiq etsə də, açılmış cinayət işinin hansı səbəblə bağlı olduğunu bildirməyib.
Məlumat üçün qeyd edək ki, E.Maloyan 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












