Əsgəranda avtomobil inəyi vurdu; sahibi cərimələndi

Xocalıda avtomobil mal-qaranı vurub.
Avtosfer.az xəbər verir ki, hadisə Əsgəran qəsəbəsində qeydə alınıb.
Şirkətlərdən birinə məxsus olan “Hyundai Matrix” avtomobili qəsəbə ərazisində hərəkətdə olarkən 1 ədəd inəyi vurub. Nəticədə minik vasitəsinə 3545 manat ziyan dəyib. Faktla bağlı mal-qaranın nəzarətsiz qoyan 34 yaşlı şəxs barəsində müvafiq protokol tərtib olunub.
Həmin şəxsin sözlərinə görə, hadisə olan günü 5 ədəd mal-qarasını dağlıq əraziyə otlamağa buraxıb. Sonradan heyvanları yoxa çıxıb və xeyli axtarsa da, birini tapa bilməyib. Gecə saat 22 radələrində ona heyvanlardan birinin avtomobillə vurulması deyilib. O, heyvanları nəzarətsiz qoyduğu üçün peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 100 manat məbləğində inzibati qaydada cərimələnib./lent.az
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












