Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI-QARŞIYA - Bu ölkədə

Serbiyanın paytaxtı Belqradda tələbələr və müxalifət tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı polis ilə nümayişçilər arasında baş verən qarşıdurma axşam saatlarında yenidən şiddətlənib.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər mərkəzində etirazçılarla polis arasında yaranan toqquşmalar zamanı yollar zibil konteynerləri ilə bağlanıb. Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və fiziki gücdən istifadə edib.
Hadisələr ilk olaraq Serbiya parlamenti və Prezident Aleksandar Vuçiç tərəfdarlarının düşərgə saldığı Pionirski Parkı ətrafında başlayıb. Polis etirazçıları Kral Aleksandar Bulvarı boyunca Belqrad Universitetinin Hüquq fakültəsinə doğru geri çəkilməyə məcbur edib.
Hüquq fakültəsinin qarşısında toplaşan etirazçılar zibil konteynerlərindən barrikada quraraq yolu bağlayıb, əraziyə gələn polis maşınlarına isə şüşə qablar və pirotexniki vasitələr atıblar. Bundan sonra əlavə polis qüvvələri hadisə yerinə cəlb olunub. Polis əməkdaşları dəyənək və qalxanlardan istifadə edərək yolu yenidən nəqliyyat üçün açıb.
Polis maşınları parlament binasına qayıtsa da, hüquq fakültəsinin qarşısında toplaşan insanların dağılmadığı bildirilib. Bölgədə təhlükəsizlik tədbirləri jandarma qüvvələrinin dəstəyi ilə daha da gücləndirilib.
Serbiya Polis İdarəsinin rəisi Dragan Vasilyeviç bildirib ki, etiraz aksiyasına 34 min 300 nəfər qatılıb. O qeyd edib ki, iştirakçıların hamısı fəal etirazçı olmayıb./ajans.az
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












