Əyləncə mərkəzlərində təhlükəsizlik tədbirləri görünüş xətrinə təşkil edilir - EKSPERT

Bu il ötən illərə nisbətdə yeni ilə faciəvi xəbərlə girdik. Belə ki, 2 gün əvvəl xəbəri yayılsa da, yanvarın 1-I günorta saatlarında baş verən hadisə hamını təşvişə saldı. Belə ki, Bakının mərkəzində, Bayraq meydanı yaxınlığında yerləşən “Baku City Karting” mərkəzində 2 kartinq maşınının toqquşması nəticəsində ölüm faktı qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalar davam edir.
Hadisədən sonra cəmiyyəti narahat edn bir sıra suallar ortaya çıxıb. Vətəndaşları narahat edən ən vacib məsələ odur ki, bu cür əyləncə mərkəzlərində müştərilərin təhlükəsizliyinə nə qədər ciddi yanaşılır?
Mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, kartinq çox vaxt eyləncə kimi təqdim olunur və insanlar bunu sadə bir oyun kimi qəbul edirlər. Amma realıqda kartinq mühərriki, sürəti olan ciddi risk daşıyan texniki vasitədir. Ona görə də burada təhlükəsizlik məsələsi heç vaxt ikinci planda ola bilməz.

“Baş verən faciə də onu göstərdi ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik sistemli şəkildə qurulmayıb və ya formal yanaşılır. Kartinqdə təhlükəslik məsələləri kartinqin texniki vəziyyətinin sazlığından başlayır. Hər kartinq trasa çıxmazdan əvvəl mütləq yoxlanılmalıdır. Əyləcləri işləki vəziyyətdə olmalıdır. Sükanda boşluq yaranmamalıdır. Qaz pedalı ilişməməlidir.
Xüsusilə yeniyetimələr üçün kartinqin sürəti mütləq məhdudlaşdırılmalıdır. Uşaqlar üçün nəzərdə tutulmuş sürət limiti müəyyən olunmalıdır. Yəni, bütün bu məsələlər dəqiq yerinə yetirilməlidir, təxmini işlər hər zaman risklərə şərait yaradır.
Kartinqdən istifadədən öncə məcburi təlimlər keçirilməlidir. İştirakçılar kartinqdən istifadə etməzdən öncə onlara təhlükələrlə bağlı izahlar olunmalıdır. Bu izahlar aydın və başa düşülən şəkildə təşkil olunmalıdır. Təhlükə zamanı davranış qaydaları izah olunmalıdır. Xüsusilə uşaqlara izah olunmalıdır ki, panika zamanı qazı sıxmamalıdırlar, əksinə əyləci basmaq lazımdır.
.jpg)
Təbii ki, kartinq meydançasının quruluşu da təhlükəsizlik standartlarına uyğun təşkil olunmalıdır. Kartinq meydançasıbın beton və ya metal bariyerlərlə əhətə olunması yol verilməzdir. Çünki toqquşma zamanı zərbəni udan xüsusi qoruyucu bariyerlər olmalıdır.
Təhlükəli döngələrdə də əlavə qoruma qurulmalıdır. Əgər bir toqquşma ölümlə nəticələnibsə, bu, artıq onu göstərir ki, kartinq meydançası təhlükəsizlik tələblərinə uyğun qurulmayıb və risklər real şəkildə qiymətləndirilməyib. Nəzarət məsələsi də önəm daşıyır. Kartinq mərkəzlərində proses öz axarına buraxılmamalıdır. Meydançada daim nəzarət edən təlim keçmiş personal olmalıdır. Qəza baş verən kimi dərhal hərəkət dayandırılmalıdır.
Əgər bir meydançada iştirakçı yıxılıb qalıbsa, digərlərinin hərəkətinə davam etməsinə icazə vermək son dərəcədə təhlükəldir. Bu, dünyada qəbul olunmuş elementar qaydadır. Yəni, hər hansısa bir bədbəxt hadisə baş verərsə, dərhal proses dayandırılmalıdır.
Qoruyucu vasitələrsə formal deyil, real şəkildə tətbiq olmalıdır. Dəbilqələr uşaqların boynuna uyğun olmalıdır, boş oturmamalıdır. Boyun qoruyucuları düzgün taxılmalıdır. Təhlükəsizlik kəmələri işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzi mərkəzlərdə bu vasitələr sadəcə görüntü xatirinə verilir. Amma təhlükəsizlik görüntü deyil, nəticədir. Yeniyetmələrlə da bağlı məsuliyyət böyükdür. Onlar böyüklərlə eyni şərtlərdə meydançaya buraxılmamalıdırlar. Yaşa uyğun kartinqlərdən istifadə etməlidirlər. Çünki yaşa uyğun kartinqlərdə sürət limiti tənzimlənmiş olmalıdır. Ailələr də diqqətli olmalıdırlar. Uşağı kartinqə buraxmazdan əvvəl kartinq istifadəsində hazırlıqlı olub-olmamasını yoxlamalıdırlar. Sual verməlidirlər. Suallarla uşağın hazırlıqlı olub-olmamasını yoxlamalıdırlar”.
Səfər
Ağcabədidə meşədə çobanın meyiti tapılıb
Azərbaycanlı gənc ABŞ-də itkin düşdü - FOTO
Azərbaycanlı gəmi kapitanı iş başında vəfat edib - FOTO
Xətaidə ağaclar kəsilib, materiallar Baş Prokurorluğa göndəriləcək
Həyəcan siqnalı verən Dubay-Moskva təyyarəsi təhlükəsiz eniş etdi
Avtomobilində ölü tapılan direktor kimdir? - DOSYE
Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Yeni il gecəsi Fəvvarələr meydanında söyüş QALMAQALI: saxlanılanlar var
Suraxanıda maşından telefon, marketdən lotoreya oğurlayanlar SAXLANILDI
Gəncədə yeniyetmə 23 yaşlı gənci söyüş üstündə öldürübmüş - TƏFƏRRÜAT
Xırdalanda “Range Rover”in şüşələri və işıqları sındırıldı











