Federal magistral yolunda subasma olub, iki nəfər maşında boğularaq ölüb

Dərbənddə (Dağıstan, Rusiya) daşqın federal magistral yolun bir hissəsinin su altında qalmasına səbəb olub, bu da iki nəfərin ölümünə gətirib çıxarıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə "İnterfaks" agentliyinə respublikanın Regionu İdarəetmə Mərkəzinin (RİM) rəhbəri İsrafil İsrafilov məlumat verib.
Onun sözlərinə görə, həlak olanları avtomobildə güclü axın aparıb.
"Güclü axın trasın Məmmədqala və Qecux qəsəbələri arasındakı hissəsində avtomobilləri yuyub aparıb. İnsanlar həm Dərbənd, həm də Mahaçqala istiqamətindən suyun içində qalıblar. Xilasetmə əməliyyatı zamanı yeddi nəfəri sudan çıxarmaq mümkün olub. Təəssüf ki, iki ölüm halı qeydə alınıb", - İsrafilov bildirib.
Bazar günü Dərbənddə "Qafqaz" federal magistral yolunun bir hissəsində suyun səviyyəsinin kəskin qalxması nəticəsində körpünün uçması səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Daha əvvəl Dağıstanın paytaxtı Mahaçqalada intensiv yağışların yaratdığı subasma səbəbindən üçmərtəbəli ev uçub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












