Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş - DETALLAR

Finlandiyanın Espoo şəhərində 29 avqust tarixində baş verən dəhşətli hadisə Finlandiya ictimaiyyətini sarsıdıb.
Avtosfer.az Finlandiya KİV-nə istinadən xəbər verir ki, 31 yaşlı azərbaycanlı qadın keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilib.
Qadının adı yerli polis tərəfindən ictimaiyyətə açıqlanmayıb. Lakin o, hamilə olub və iki azyaşlı övladı qətl hadisəsini görüb.
Qeyd edək ki, hadisə barədə məlumat 29 avqust, yerli vaxtla saat 20:05-də təcili yardım mərkəzinə daxil olub. Həyəcan siqnalından sonra polis hadisə yerinə – Espoon Suurpelto ərazisinə gedib.
![]()
Polis çoxmərtəbəli binanın pilləkənin huşsuz vəziyyətdə qadını tapıb, lakin aldığı ağır güllə yaraları səbəbindən o, hadisə yerində dünyasını dəyişib. Hadisədən dərhal sonra şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı, 44 yaşlı kişi saxlanılıb.
Lensi-Uudenmaan polisinin açıqlamasına görə, cinayət zamanı odlu silahdan istifadə edilib və şübhəli şəxs atəş açdığını etiraf edib. Polis bu qətli əvvəlcədən planlaşdırılmış və xüsusi amansızlıqla törədilmiş cinayət kimi araşdırır.
![]()
Hamilə qadın yeni həyata başlamaq istəyirdi
Qadının yaxınlarının dediyinə görə, o, bir neçə həftə əvvəl Şimal Savoniyadakı Varkaudestən Espooya köçüb. Səbəb isə keçmiş ərinin onu rahat buraxmaması olub. Zərərçəkən qadın hamilə idi və bu uşağın atası onun yeni həyat yoldaşı deyil, yeni sevgilisi olub.
Dostları qadını belə xarakterizə ediblər: "O, çox mehriban və köməksevər insan olub. Hər kəsin sevimlisi idi, həmişə aktiv, həyat dolu bir şəxsiyyət idi".
![]()
İki azyaşlı uşaq hadisənin şahidi olub
Qadının əvvəlki evliliyindən 10 yaşdan kiçik iki uşağı var idi. Həmin uşaqların atası da cinayətdə şübhəli bilinən keçmiş ərdir. Onlar anasının ölüm səhnəsini görüb. Şübhəli hadisədən sonra uşaqları avtomobilə aparmaq istəyib. Hazırda uşaqlar dövlətin himayəsinə götürülüb.
Uzun sürən zorakılıq və qorxu
Məlum olub ki, qadın keçmiş ərindən illərdir zorakılıq və təzyiq görüb. Onlar bir neçə il əvvəl ayrılıblar. Qadın 2024-cü ilin mayında boşanma üçün ərizə verib və artıq ayrı yaşayıb. Boşanma ötən ilin dekabrında rəsmiləşib.
![]()
Boşandıqdan sonra da keçmiş ər qadını izləyib, telefon nömrəsini dəyişsə də, hər dəfə yenisini tapıb, qadını və onun yeni sevgilisini hədələyib. Yaxınlarının sözlərinə görə, kişi qadına mesajlar yazıb və onu təqib edib.
Qadın cinayətdən bir neçə həftə əvvəl polisə şikayət edib və uzaqlaşdırma qərarı üçün məhkəməyə müraciət edib. 11 avqustda verilən bu ərizədə qadın yalnız özünü deyil, həm də uşaqlarını qorumaq istəyirdi. Lakin məhkəmə bu qərarı çıxarmayıb.
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO
Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü - TƏFƏRRÜATLAR
Polis əməliyyat keçirdi: İnsanları zəhərləyənlər saxlanıldı - VİDEO
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO








