Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi

Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib.
Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına şərait yaradıblar. Bu zaman maşınlardan enən bir neçə nəfər yolun ortasında əllərində rəngli tüstü tutaraq magistralın ortasına masa qoyublar. Masanın ətrafında dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, toy şirinliyi kimi pul vermələrini istəyiblər. Bununla da arxadan hərəkət edən toy karvanına aidiyyəti olmayan digər avtomobillərdəki şəxslərin dayanaraq onları gözləməsinə zəmin yaradıblar. Bu da digər vətəndaşların narazılığı ilə nəticələnib.
Eyni zamanda həmin anın görüntülərini “TikTok”da paylaşaraq sosial müzakirələrə səbəb olublar.
Aparılan araşdırma zamanı magistral yolu kəsən şəxslərin 1977-ci il təvəllüdlü S.M., 1996-cı il təvəllüdlü F.G., 2001-ci il təvəllüdlü A.A. və 2002-ci il təvəllüdlü E.Q. olmaları müəyyən edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə 4 nəfərin hər birinə 4 sutkalıq inzibati həbs verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












