“Gəlinliyə görə oğlan evi dava saldı, qızım özünü öldürdü”

“Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü”. Avtosfer.az xəbər verir ki, bu fikirləri “Teleqraf”a bir neçə gün öncə yaşadığı evdə intihar edən 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.
Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir:
“Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı”.
Murad Bayramovun sözlərinə görə, faciənin bünövrəsi qız toyundan başlayıb: “Qız toyundan sonra Elnur ata- anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızım canına qıydı”.
M.Bayramov qeyd edib ki, kürəkəni Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, o, buna icazə verməyib, onları qovub.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO











