Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başın görün nələr gəldi - VİDEO

Hadisə 1 Aprel 2026 22:03
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başın görün nələr gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis bölməsinə şikayətə gedən yerli sakin növbətçi zabit tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia edir. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Kemerovo şəhərində baş verib. Məlumata görə, Şestakov küçəsində yerləşə polis bölməsinə gedən bir gənc küçədə hücuma məruz qaldığı və dişinin vurulub qırıldığı barədə ərizə yazmaq üçün müraciət edib. Lakin hüquq-mühafizə orqanında onu heç də gözlədiyi kimi qarşılanmayıb.

Zorge parkında özbaşına tikildiyi deyilən obyektlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOSESSİYA


Zərərçəkmişin bildirdiyinə görə, növbətçi mayor rütbəli polis əməkdaşı onun müraciətini qəbul etməkdən imtina edib. Buna səbəb kimi isə gəncin ünsiyyət tərzinin polisin xoşuna gəlməməsi göstərilib.
Mübahisə qısa müddətdə böyüyərək fiziki qarşıdurmaya çevrilib. Şahidin (hadisənin müəllifi) sözlərinə görə, polis mayoru gənci dəfələrlə itələyib və ona bir dəfə zərbə endirib. Bundan əlavə, onun mobil telefonu da əlindən alıb.
Hazırda hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparacağı və görüntülərin yoxlanılacağı gözlənilir. Dövlət qurumları hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Namiq Musayev

Oxunub : 138
ŞƏRH YAZ
Ad

E-mail

Şərh