Zorge parkında özbaşına tikildiyi deyilən obyektlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOSESSİYA

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib.
Daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb.
Hazırda həmin ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.
Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur.
***
31.03.2026
***
Bakının Nəsimi rayonu ərazisində yerləşən Zorge parkında aparılan tikinti işləri ətrafında gərginlik artır. Tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək, parkın ərazisində qanunsuz tikinti və sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi ittihamlar irəli sürüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, memar dövlət qurumlarını aşkar qanun pozuntularına reaksiya verməməkdə günahlandırıb.
E.Əliyev qeyd edib ki, ərazidəki məlumat lövhəsində binanın cəmi birmərtəbəli olacağı göstərilsə də, hazırda faktiki olaraq üçüncü mərtəbənin inşasına başlanılıb:
"Bakı sakinlərinin sevimli parkının ərazisində ortamərtəbəli bina ucalır. Məlumat lövhəsində cəmi bir mərtəbə göstərilsə də, artıq zirzəmi və birinci mərtəbədən sonra üçüncü mərtəbə tikilir. Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti və Nəsimi rayonunun baş memarı mənə şəxsən binanın yalnız birmərtəbəli olacağını bildirmişdilər".
Memar, həmçinin məlumat lövhələrindəki rəqəmlərin qısa müddətdə şübhəli şəkildə dəyişdirildiyini diqqətə çatdırıb:
- Ölçülər: Əvvəlcə 33×19 metr göstərilsə də, sonradan 33.2×19.8 metrə çatdırılıb.
- Hündürlük: İlkin olaraq 5.7 metr qeyd edilsə də, daha sonra sənəddə 6.6 metrə qədər artırılıb.
Elçin Əliyev Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsini və Bakı Şəhər İcra Hakimiyyətini cinayət işi başlamaq əvəzinə sükut nümayiş etdirməkdə ittiham edib. O, 13.12.2024 tarixli (№38731) dövlət ekspertizası rəyi və 13.06.2025 tarixli (№ETİ-36/25) tikintiyə icazə sənədlərinin qanuniliyini sual altına alaraq, bu sənədlərə hansı əsasla dəyişiklik edildiyinin açıqlanmasını tələb edib.



Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










