General Natiq Əliyevin qızı sənədləri cırıb dövlət qulluqçusu üzərinə atdı - QUDURĞANLIQ - VİDEO

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində insident yaratdığı iddia olunur.
Avtosfer.az xəbər verir ki, məlumata görə, T.Əliyeva daşınmaz əmlaka dair sənədlə bağlı məsələni həll etmək üçün idarəyə müraciət edib. İddialara əsasən, mübahisə zamanı üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb. Həmçinin o, səsini yüksəldərək ətrafdakı insanlara narahatlıq yaradıb.
Bu zaman idarədə növbə gözləyən II Qarabağ müharibəsi qazisinin Türkər Əliyevadan sakit danışmasını xahiş etdiyi qeyd olunur. İddiaya görə, bundan sonra sözügedən xanım qaziyə və dövlət qulluqçusuna müxtəlif dövlət qurumlarının adını çəkərək hədə-qorxu gəlib.
Hadisənin daha bir diqqətçəkən məqamı isə T.Əliyevanın sürücüsünü çağırması və onun Qarabağ qazisinin üzərinə göndərildiyinin iddia olunmasıdır.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Natiq Əliyevin qızıdır./manset.az
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












