Generala ağır itki üz verdi

Azərbaycanda keçmiş dövlət xadimi vəfat edib.
Avtosfer.az xəbər verir ki, uzun illər müxtəlif vəzifələrdə işləmiş Abbas Mazanov 97 yaşında dünyasını dəyişib.
O, yaşla əlaqədar xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, Abbas Əli oğlu Mazanov 1929-cu ildə indiki Ermənistanın Vardenis rayonunun Cil kəndində anadan olub. 1946-1950-ci illərdə Qazax Pedaqoji Texnikumunda təhsil alıb. Bir müddət pedaqoji faəliyyətlə məşğul olduqdan sonra, Krasnoselo rayonu Komsomol Komitəsinə katib seçilib. Sonralar Baki Ali Partiya məktəbində təhsilini davam edib.
O, 1975-1983-cü illərdə Krasnoselo İcraiyyə Komitəsinin sədri, 1983-1988-ci illərdə isə Cil kənd sovxozunda direktor vəzifəsində işləyib. Deportasiyadan sonra Xanlar (indiki Göygöl) rayonunun Şəhriyar kəndinə köçüb və orada kənd sovetinin sədri olub. Son olaraq, 1991-1993-cü illərdə Çaykənd kəndində kolxoz sədri kimi çalışıb.
A.Mazanov “Abbas Vəfadağlı” imzasıyla bir çox şeirlərin müəllifi olub.
İlk mətbu şeiri “Arzular” 1965-ci ildə, “Sovet Ermənistanı” qəzetində çap olunub. “Göyçə kimi intizarda elim var”, “Gözləri həsrətli, naləli Göyçə”, “Ulu Göyçəm”, “Göyçə qətliamı”, “Göyçə qətliamı” kimi kitabların müəllifidir.
O, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor İlqar Mazanovun atasıdır. İ.Mazanov hazırda “Xalq Bank”ın Təhlükəsizlik idarəsinin rəisidir./no.comment
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












