Goranboyda ana və qızı qətlə yetirildi - 15 yaşlı oğlan saxlanıldı - YENİLƏNİB - FOTO

Goranboy rayonunda ana və nənənin öldürülməsinin təfərrüatı məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, 15 yaşlı Saleh Abdullayev anası 1978-ci il təvəllüdlü Lalə İsmayılovanı qısqanclıq zəminində qətlə yetirib. Belə ki, ana ilə oğul arasında bir neçə dəfə mübahisə düşüb. Hadisə baş verən günü gecə saatlarında yenidən tərəflər dalaşıb. Nəticədə S.Abdullayev anasına boğaz və kürək nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Səsi eşidən nənəsi 1948-ci il təvəllüdlü Tamella İsmayılova nəvəsinə mane olmaq istəyib. Qadın daha sonra qonşuları köməyə çağırmağa çalışsa da nəvəsi ona da bıçaqla xəsarət yetirib. Nəticədə hər iki şəxs elə hadisə yerində ölüb. Keçirilən əməliyyatla S.Abdullayev saxlanılıb.
Məlumat üçün bildirək ki, Lalə İsmayılova həyat yoldaşından ayrılıb və anası ilə yaşayırmış. Onun qətlində şübhəli bilinən S.Abdullayev ilə yanaşı daha bir oğul övladı var. Qadın uzun müddət idi Goranboy rayon Mənzil Kommunal Təsərrüfatı İsatehsalat Birliyində sahə rəisi kimi çalışırdı.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***09:48
İyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan Avtosfer.az-a bildirilib ki, ilkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***09:00
Goranboyda qətl hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.
Belə ki, iki qadın - L. İsmayılova və onun anası T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni L. İsmayılovanın oğlunun törətdiyi bildirilir.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO












