Günahkar sürücüdür, yoxsa piyada? - Çox müzakirə olunan videoya AÇIQLAMA - VİDEO

Dünən Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı qadın piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçmək istəyib və nəticədə onu avtomobil vurub.
Qəza hadisəsi sosial mediada istifadəçilər arasında müzakirəyə səbəb olub. Belə ki, vətəndaşlar yol-nəqliyyat hadisələri ilə bağlı məsuliyyət məsələsini gündəmə gətirib.
Bəzi şəxslər hesab edirlər ki, piyada qaydanı pozaraq qəza törədibsə, sürücü tam məsuliyyətdən azad edilməli və avtomobilə dəymiş zərəri qarşı tərəf ödəməlidir.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev münasibət bildirib. DİN rəsmisi qeyd edib ki, qəza zamanı ilkin olaraq təqsir dərəcəsi müəyyən olunur:
"Piyada qaydanı pozubsa, bu, inzibati xəta sayılır. Əgər sürücü qayda pozmayıbsa, cinayət və inzibati məsuliyyətdən azad edilir".
Qeyd edək ki, mövcud qanunvericilikdə qəza zamanı günahın kimə aid olması ekspertiza və istintaqla müəyyən edilir.(baku.ws)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












