Hamı ondan danışır - O isə “nə olub?” soruşur...

İki gündür Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında yerləşdirilmiş meyvələri müsadirə etməsi geniş müzakirələrə səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi işləyən həmin məmurla əlaqə saxlayıb.
Maraqlıdır ki, tənqid hədəfinə çevrilən, hərəkətlərinə aydınlıq gətirməsi gözlənilən məsləhətçi Samir Bədəlov müxtəlif bəhanələrlə sualları cavablandırmaqdan imtina edib:
“Nə olub, nə hadisə baş verib? Bilmirəm, nə deyirsiniz. Tədbirlərlə bağlı sualınız varsa, buyurun. Yoxdursa, sağ olun. O barədə başqa vaxt danışarıq”, - deyə baş məsləhətçi bildirib.
Qeyd edək ki, məsələ ictimailəşdirildikdən sonra satıcının meyvələri özünə geri qaytarılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












