Hamı onun ölümündən sarsılıb - Axtarışına bütün kənd qoşulmuşdu...

İyunun 7-nə keçən gecə Naxçıvanda 7 yaşlı uşağın kanalda bataraq həyatını itirdiyi hadisə Muxtar Respublikada geniş rezonans doğurub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvanın Qaraxanbəyli kəndi ərazisində velosiped sürərkən kanala yıxılan 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanovun huşsuz halda xəstəxanaya çatdırıldığı, lakin həyatının xilas edilməsinin mümkün olmadığı bildirilib.
Məlumata görə, axşam saatlarında 7 yaşlı Elmirdən xəbər ala bilməyən yaxınları onu axtarmağa başlayıb. Axtarışa qonşular, qohumlar və digər şəxslər də qoşulub və Elmirin velosipedi kanalın yaxınlığında tapılıb.
Sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, artıq gec imiş.
Bildirilib ki, faciəvi şəkildə həyatını itirən Elmir Naxçıvanda tanınmış ailənin övladı olub. Onun atası Cahangir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
Azyaşlının əmisi general-leytenant Babək Qurbanov Vətən Müharibəsi Qəhrəmanıdır. Digər əmisi Bayram Qurbanov isə XTQ-nin polkovnik-leytenantıdır. Onların ikisi də hazırda ehtiyatdadır.
Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.






Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












