Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.
Avtosfer.az xəbər verir ki, o, infarkt keçirib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:
"Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. "Anju" etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.
Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı", - deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.(unikal)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












