Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Son illər tibbi əməliyyat prosesindən çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarına daha çox rast gəlinir. Bəzi hallarda bu cür videolar tibbi maarifləndirmə, yeni müalicə üsullarının təqdimatı və ya həkimin peşəkar fəaliyyətinin nümayişi məqsədi daşısa da, həmin görüntülərin paylaşılması etik və hüquqi baxımdan bir sıra suallar yaradır.
Həkim apardığı uğurlu əməliyyatı, mürəkkəb tibbi müdaxiləni və əldə olunan nəticəni ictimaiyyətə təqdim etmək istəyə bilər. Lakin burada əsas məsələ xəstənin şəxsi məlumatlarının və tibbi sirrinin qorunmasıdır. Əməliyyat zamanı çəkilən görüntülər təkcə tibbi proses deyil, eyni zamanda pasiyentin şəxsi həyatına aid məlumat hesab olunur.
Bəs həkim xəstənin razılığı olmadan əməliyyat görüntülərini, müalicə prosesini və nəticələrini sosial şəbəkələrdə paylaşa bilərmi? Bu zaman xəstənin hüquqları necə qorunur? Görüntülərdə şəxsin kimliyi görünməsə belə, həmin materialların yayılması üçün pasiyentin əvvəlcədən məlumatlandırılmış razılığı tələb olunurmu?
Avtosfer.az xəbər verir ki. "Bizim.Media" mövzuyla əlaqədar hüquqşünas Ramil Süleymanovun fikirlərini öyrənib.
O bildirib ki, xəstənin məlumatı olmadan onun hər hansı bir xəstəliklə bağlı görüntülərinin paylaşılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır və xəstənin bununla əlaqədar həkimə, xəstəxanaya qarşı iddia qaldırmaq, maddi, mənəvi zərəri tələb etmək hüququ var:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı, "Şəxsi həyatın toxunulmazlığını pozma" maddəsi, o cümlədən 309-cu, "Vəzifə səlahiyyətlərini aşma" maddəsiylə həmin həkimlər barəsində cinayət işi başlanıla bilər", - deyə müsahibimiz vurğulayıb.
Bəs həmin həkimi hansı məsuliyyət gözləyir?
"Belə halda həkimə aparılan istintaq nəticəsində məhkəmə tərəfindən 2000-dən 4000 manata qədər məbləğdə cərimə cəzası 2 ilə qədər islah işləri cəzası verilə bilər. Həmçinin 3 ilə qədər müddətə müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmək və 3 ilə qədər azadlıqdan məhrumetmə cəzaları da təyin oluna bilər", - deyə Ramil Süleymanov qeyd edib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












