Həmkəndlisinin başını bədənindən ayırdı - Sabirabadda qətl - YENİLƏNİB

Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.az-ın məlumatına görə, hadisə sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayonunun Moranlı kəndində baş verib. Tərəflər arasında mübahisə toy məclisində yaranıb.
Belə ki, kənd sakinləri, 1983-cü il təvəllüdlü Rüstəm Əliyev və 1992-ci il təvəllüdlü Əli Əliyev Şirvan şəhərində keçirilən toy mərasimində iştirak ediblər. Onlar toyda spirtli içki qəbul edəndən sonra axşam saatlarında evlərinə - Moranlı kəndinə gəliblər. R.Əliyev evlərinə çatıb, çay içəndə Ə.Əliyev zəng vurub onu küçəyə çağırıb. R.Əliyev çayını içib küçəyə çıxıb. Ə.Əliyev küçədə qəfildən arxadan R.Əliyevi tutaraq əlindəki bıçaqla onun başını kəsib bədənindən ayırıb.
Kənd sakinləri küçədə başı kəsilmiş meyiti görüb R.Əliyevin ailə üzvlərinə məlumat veriblər.
Məlumata görə, qətli törətməkdə şübhəli bilinən Ə.Əliyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək azadlıqdan məhrum edilib. O, iki il əvvəl cəzaçəkmə məntəqəsindən azadlığa buraxılıb.
Hadisənin toyda söyüş üstündə baş verdiyi bildirilir.
Məlumata görə, qətlə yetirilən Rüstəm Əliyevin iki övladı var. Böyük oğlu hərbi xidmətdə, kiçik oğlu isə məktəblidir. Qətli törətməkdə şübhəli bilinən Ə.Əliyev isə subaydır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***10:30
Sabirabadda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sabirabad rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***09:48
Sabirabadda həmkəndlilər arasında mübahisə ölümlə nəticələnib.
Avtosfer.az xəbər verir ki, hadisə Moranlı kəndində baş verib.
Belə ki, 42 yaşlı Rüstəm Əliyev və 33 yaşlı Əli Əliyev birgə iştirak etdikləri məclisdə mübahisə ediblər. Məclis bitdikdən sonra isə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün yenidən görüşüblər.
İlkin məlumata görə, mübahisə zamanı Ə.Əliyev R.Əliyevi bıçaqla qətlə yetirib.
Qətli törətməkdə şübhəli bilinən Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB









